...

Korporativ təlimi onlayn rejimə keçirməyin 6 səbəbi

İqtisadiyyat Materials 1 Dekabr 2022 14:20 (UTC +04:00)
Korporativ təlimi onlayn rejimə  keçirməyin 6 səbəbi

Bakı. Trend:

Korporativ onlayn təlim hansı tapşırıqları həll etməyə kömək edir? Və bunu daha tez və səmərəli şəkildə necə tətbiq etmək olar?

İlya Kedrovski, “iSpring” onlayn tədris eksperti

Əgər siz biznes idarə edirsinizsə - istər böyük şirkət olsun, istərsə də startap - sizin və əməkdaşlarınızın müəyyən iş prinsipləri və üsullarınız var. Bütün bunlar sizin bazarda rəqabət üstünlüyünüzü təşkil edən bilik və bacarıqlardır.

Fərz edək ki, siz qəhvəxanalar şəbəkəsinə rəhbərlik edirsiniz və digər regionlarda olan sahibkarlar sizin franşizanızı alırlar. Sizin məqsədiniz bütün yeni kafelərin vahid xidmət və biznes standartlarına uyğun olmasını təmin etməkdir. Belə ki, istənilən şəhərdə insanlar sizin kafeyə gedib alışdığı xidmətdən yararlana bilsin.

Biznesin inkişafı üçün sizə qaydaları və bilikləri sistemləşdirməyə və onları əməkdaşlara ötürməyə kömək edəcək bir vasitə lazımdır. Bunun üçün korporativ təlim tələb olunur. Son vaxtlara qədər təlimlər hər yerdə əyani keçirilirdi: ya əməkdaşlar özləri yeni gələnləri öyrədirdilər, ya da şirkət bunu edən xüsusi biznes təlimçiləri işə götürürdü. Amma bunların heç biri səmərəli deyil.

Buna görə də, son beş ildə şirkətlər üzbəüz təlimlərə getdikcə daha az müraciət ediblər. Onu onlayn təlim – məsafədən həyata keçirilə bilən texnologiyanın köməyi ilə əməkdaşların təlimi əvəz edir.

Korporativ onlayn təlimin həllinə kömək etdiyi tapşırıqları təqdim edirik

1. Aktual biliklərin təqdim olunması

Əgər şirkət onlayn təlim platformasından istifadə edirsə, deməli onun bilik və alqoritmləri rəqəmsallaşıb və əməkdaşlar üçün istənilən an əlçatandır. “Just in time learning” – anında öyrənmə adlı trend mövcuddur. Fərz edək ki, əməkdaş özü üçünü yeni tapşırıq və ya problemlə üzləşir. O, öz həmkarlarını işdən yayındırmaq, kömək istəmək əvəzinə platformaya daxil ola, tapşırığın yerinə yetirilməsi üzrə təlimatı tapa və tapşırığın həllindən özü baş aça bilər.

Məsələn, iri riteyler ticarət nümayəndələri üçün təlimatlar tərtib edib. Adama mağazaya gəlir, tətbiqə daxil olur və atacağı hər bir addımı görür. Birinci addım – “Əmtəəşünasla tanış olun” və digər addımlar. Bu cür təlim üçün texnoloji həllərə tələb var, onlar vaxta qənaət etməyə imkan verir, əməkdaşlar isə təcrübə qazanır.

Özünün tədris məzmununu yaratmaq kifayət qədər asandır. Bu məsələni asanlaşdıran xeyli alət var, məsələn iSpring Suite konstruktoru baza kompüter bilikləri olan hər kəsə interaktiv elementlərlə və keyfiyyətli tərtibatla onlayn kurs yığmağa kömək edəcək.

2. Təlim xərclərinin azaldılması

Əgər əvvəllər şirkətinizdə korporativ təlim olmayıbsa, onun tətbiqi əlbəttə ki, əlavə xərc deməkdir. Amma gələcəkdə bu, sizə yeni işçilərin işə cəlb olunması xərclərinə qənaət etməyə imkan verəcək.

iSpring müştərisinin Rusiyadakı təcrübəsindən nümunə gətirim: bir əməkdaşın işə götürülməsi xərcinin bir neçə min rubl təşkil etdiyi bir şirkət məşğələçi üçün ödəniş, zalın icarəsi üçün pul xərcləyirdi. Amma onların distant tədris sistemi, digər sözlə, onlayn təlim platforması peyda olduqdan sonra işə götürmə xərci bir əməkdaş üçün 179 rubla düşdü.

Əgər siz üzbəüz korporativ təlimlə məşğul olursunuzsa, onlayn üsula keçmək təlim büdcəsinin 80 faizinə qənaət etməyə imkan verəcək.

3. Biznesin miqyaslandırılması

Yeni şöbələr açırsınızsa, bazara yeni məhsullar təqdim edirsinizsə, və ya işçi sayını artırırsınızsa, atmalı olduğunuz əsas addımlardan biri yeni işçiləri işə uyğunlaşmasıdır. İnsanlar əmək bazarından sizin şirkət və onun dəyərləri haqqında məlumatı olmadan gəlirlər, daxili prosedur və qaydalarla tanış deyillər.

Standart HR prosesi yeni əməkdaşı biznesin konteksti ilə, yeni məhsullarla tanış etmək, şirkətdə iş qaydaları haqqında hər şeyi izah etməkdir. Beləliklə, insan tez bir zamanda korporativ mədəniyyətə cəlb olunur və səmərəli işləməyə başlayır. Əgər sizə yalnız bir yeni əməkdaş gəlsə, o, üzbəüz şəkildə öyrədilə bilər. Ancaq bu, böyük bir korporasiyadırsa və yüzlərlə yeni işçi işə götürürsə, onlara bütün lazımi məlumatları mümkün qədər tez tam şəkildə çatdırmalı və onların bunu nə dərəcədə yaxşı öyrəndiyini yoxlamalıdır.

Onlayn təlim formatı ilə siz yüzlərlə işçiyə giriş kursu keçmək və imtahan təşkil etək məcburiyyətində deyilsiniz - onlar tətbiqi quraşdıra, giriş kurslarını keçə və sonda test verə bilərlər.

4. Vahid standartların tətbiqi

İnsanlar iri mağazalar və restoranlar şəbəkəsini sevir, çünki onların xidmətinə və keyfiyyətinə bələddirlər - hansı şəhərdə və ya ölkədə filiallardan birinə gəls’l’r, xidmətin keyfiyyəti eyni olacaq. Əgər biznesiniz genişlənirsə və çoxlu filialları varsa, hər bir mağaza və ya restoranda işçilərin eyni standartlara uyğun işləməsini necə təmin edirsiniz?

Onlayn kurslar bütün şəbəkə işçilərini eyni dərəcədə effektiv şəkildə öyrətməyə, onlara mütəmadi olaraq dəyişikliklər və yeniliklər barədə məlumat verməyə və onların hər şeyi necə öyrəndiklərini yoxlamağa tez imkan verən bir vasitədir.

Başlanğıcda, tərtibatı çətin olmayan onlayn kurs yarada bilərsiniz. Kursa sadə, səliqəli olsun, biznesə qarşıya qoyulan tapşırıqlarda tez və operativ kömək etsin. Bu o demək deyil ki, slaydlarda yüz səhifəlik sənəd götürüb yerləşdirmək olar. Burada sizə pedaqoji dizayn bilikləri faydalı olacaq. iSpring Akademiyasında iki aylıq təlimdən sonra onlayn kursların yaradılması üzrə peşəkar ola bilərsiniz.

5. Kadr ehtiyatının formalaşdırılması

Çox vaxt şirkət üçün rəhbər vəzifələrə işçi tapmaq çətin olur - bu, şirkətin dəyərlərini dərk edən və onun komandası ilə işləyə bilən, müəyyən bilik və bacarıqlara malik bir şəxs olmalıdır. Şirkət daxilində işçini “böyütmək” biznes üçün daha asan və təhlükəsizdir – onun işəgötürənə sədaqəti “küçədən gələn” adamdan daha yüksək olacaq.

Gələcək top-menecerinizin hansı bacarıq və biliklərə sahib olması lazım olduğunu başa düşürsünüzsə, bu bacarıqların öyrədilməsini işçilərin inkişafı strategiyasına daxil etmək olar. Onlayn təlim platformasından istifadə edərək, işçilərin təlimin öhdəsindən necə gəldiyinə dair ətraflı statistika toplaya və ən yaxşı namizədləri seçə bilərsiniz.

6. Əməkdaşların loyallığının yüksəldilməsi

HR-ın vəzifəsi təkcə bir insanı işə götürmək deyil, həm də ona şirkətdə öz yerini tapmağa kömək etmək, mümkün qədər səmərəli işləməyi öyrənmək və idealda uzun illər işləməkdir. Buna görə də, başlanğıcda yeni işçinin özünü itirməməsi, şirkətdə inkişaf etməyə davam etməsi, üzərinə daha çox öhdəlik götürməsi vacibdir. Onlayn təlim platformasının köməyi ilə siz işçilər üçün təlim trayektoriyası qura bilərsiniz.

Məsələn, başlanğıcda giriş salamlama kurslarından sonra onlar şirkətin biznes hədəflərinə çatması üçün lazım olan əlavə bilik və bacarıqları əldə edirlər. Əgər şəxsin vəzifəsi artıbsa və ya başqa bir şöbəyə köçürülübsə, platforma ona yeni vəzifələrlə məşğul olmaq üçün keçməli olduğu kurslara giriş imkanı verir.

Elə şirkətlər var ki, işçiyə platformada kurslar seçib öz təlim trayektoriyasını yaratmağa imkan verir, sonra isə onun maraq və bacarıqlarına əsaslanaraq, karyerasını davam etdirmək üçün ona müxtəlif variantlar təklif edir.

Korporativ onlayn təlimin tətbiqi haqqında daha çox iSpring saytında öyrənə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti