Bakı. Trend:
Dünya bazarında neftin qiyməti üç günlük artımdan sonra azalmağa başlayıb.
Trend “Praym”a istinadən xəbər verir ki, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 0,33 faiz azalma ilə bir barelə görə 86,68 dollar olub. WTI markalı neftin fevral fyuçersləri isə 0,27 faiz ucuzlaşaraq bir barelə görə 80,33 dollara enib.
Ötən üç gündə “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 3,51 faiz, WTI isə 5,8 faiz bahalaşıb.
Bahalaşmaya səbəb kimi OPEC+ hasilatının azaldılması göstərilirdi.
Bundan əlavə, ABŞ-dan gələn statistik məlumatlar da bahalaşmaya səbəb olub. Belə ki, kommersiya ehtiyatları (strateji ehtiyat istisna olmaqla) noyabrın 25-də başa çatan həftədə dərhal 12,6 milyon barel və ya 2,9 faiz azalaraq 419,1 milyon barelə düşüb. İndeks cari ilin avqustundan bəri ən aşağı səviyyədədir. Strateji ehtiyat isə 1,4 milyon barel və ya 0,4 faiz azalaraq 389,1 milyon barelə düşüb. Göstərici 2021-ci ilin sentyabrından başlayaraq həftəlik azalır və indi 1984-cü ilin martından bəri ən aşağı səviyyədədir.