...

Aİ-nin dəstəyi ilə Azərbaycanda kənd təsərrüfatının məlumat sistemi yaradılıb

İqtisadiyyat Materials 6 Dekabr 2022 10:39 (UTC +04:00)
Aİ-nin dəstəyi ilə Azərbaycanda kənd təsərrüfatının məlumat sistemi yaradılıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) texniki dəstəyi ilə Azərbaycanın regionlarında kənd təsərrüfatı üçün biznes informasiya sisteminin yaradılması tam başa çatıb.

Trend-in məlumatına görə, bunu bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə "Kənd yerlərində biznesin informasiya sisteminin yaradılmasına dəstək" adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu layihə ölkənin regionlarında kənd təsərrüfatı fəaliyyətinin inkişafına yönəlib.

Bundan başqa, F.Fikrətzadənin sözlərinə görə, bu sahədə elektron sistemlər, müxtəlif beynəlxalq təşkilatlarla həyata keçirilən layihələr də var.

"İnvestorlara Azərbaycanın kənd təsərrüfatı sahəsi haqqında lazımi məlumatları əldə etməyə imkan verən layihə və bir çox digər layihələr də var. Gələcəkdə layihənin elektron imkanlarının genişləndirilməsi, eləcə də digər informasiya sistemlərinə inteqrasiyası nəzərdə tutulur".

Mərkəz direktoru qeyd edib ki, bu gün 500 mindən çox fermer dövlət subsidiyalarını elektron formada ala, eləcə də digər güzəştlərdən yararlana bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti