Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşması üçün keçirilmiş seçkilər başa çatıb.
Trend xəbər verir ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov "Twitter" səhifəsində yazıb.
"Şuranın yeni üzvlərinə uğurlar arzu edirəm. Birgə əməkdaşlığımızın sahibkar məmnunluğunun və KOBİA-nın işində ictimai iştirakçılığın təmin edilməsində əhəmiyyətli olacağına inanıram", - deyə o qeyd edib.