Bakı. Trend:
Gömrük Məcəlləsinə dəyişikliklər biznes mühitinin yaxşılaşdırılması məqsədi daşıyır.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
Ş.Bağırov bildirib ki, gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı yeni qaydaların müəyyən edilməsi mühüm addımdır.
O qeyd edib ki, gömrük bəyyannaməsinin təqdim edilməsi və təsdiq edilməsinin sürətləndirilməsi biznes mühitinin inkişafına mühüm töhfə verəcək.
“Bəyanamə daxil olduqdan sonra 24 saat ərzində hesablanmalı və təqdim olunmalıdır. Bu dəyişiklik bizim üzərimizə ciddi məsuliyyət qoyur”, - deyə o qeyd edib.