...

Bakı limanı və İsveçrə arasında daşınan yükün həcmində böyük artım var (FOTO)

İqtisadiyyat Materials 14 Dekabr 2022 17:49 (UTC +04:00)

Bakı. Trend:

İsveçrənin diplomatik rəsmilərinin, hökumət nümayəndələriinin, o cümlədən 20 aparıcı Isveçrə şirkətini təmsil edən biznes rəhbərlərindən ibarət nümayəndə heyəti Bakı Limanında olub.

Limandan Trend-ə bildirilib ki, İsveçrə nümayəndə heyətinə İsveçrə ilə Azərbaycan arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın həmsədri Ervin Bollinqer başçılıq edirdi, həmçinin nümayəndə heyətini İsveçrənin Azərbaycan Respublikasındakı və Türkmənistandakı səfiri xanım Muriel Peneveyre də müşayiət edib.

Qonaqlarla Bakı Limanın Əməliyyatlar departamentinin müdiri Eugene Seah və liman əməliyyatları komandasının görüşü keçirildi. Görüş zamanı İsveçrə şirkətləri ilə Bakı Limanı arasında ticarət imkanlarının artırılmasına dair strateji fikirlər müzakirə predmeti olub. Nümayəndə heyəti bu görüşdə həm də bildirdi ki, Orta Dəhlizin rolu qlobal əlaqə və iqtisadi inteqrasiya üçün mühüm əhəmiyyət kəsb edir, o cümlədən, regionda ticarət dəhlizləri boyunca qlobal təchizat zəncirinin və biznesin əlaqələndirilməsində Bakı Limanının rolu çox önəmlidir.

Qeyd edək ki, Asiyadan İsveçrəyə daşınan tranzit yük həcmi 2021-ci ilin 11 ayı ilə 2022-ci ilin 11 ayı ilə müqayisədə 143%-ə qədər artıb. Əgər 2021-ci ilin 11 ayında Bakı Limanı vasitəsilə İsveçrəyə ümumi yük daşınması 58 656 ton olubsa , 2022-ci ilin analoji dövründə bu rəqəm 142 309 ton olub. Daşınan yüklər əsasən mineral yanacaq, sürtkü yağları və əlaqədar məhsullar, həmçinin sənaye, qida və kimya məhsulları, xammal, maşın və nəqliyyat avadanlıqları və s. olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti