...

Azərbaycanda tikinti materiallarının istehsalı həcmi açıqlanıb

İqtisadiyyat Materials 6 Yanvar 2023 20:23 (UTC +04:00)
Azərbaycanda tikinti materiallarının istehsalı həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar-noyabr aylarında istehsalın ümumi dəyəri 994,9 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məhsulların ümumu dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artmışdır. Dövr ərzində tikinti əhənginin istehsalı 26,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 26,5 faiz, tikinti gipsinin istehsalı 20,4 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı isə 9,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti