...

Dəmir yolundan istifadə edən sərnişinlərin sayı kəskin artıb

İqtisadiyyat Materials 9 Yanvar 2023 20:40 (UTC +04:00)
Dəmir yolundan istifadə edən sərnişinlərin sayı kəskin artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 4 milyon 534,8 min sərnişin daşınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, sərnişin daşınmasında 85,4 faiz artım müşahidə olunub.

Qeyd olunan dövr ərzində dəmir yol nəqliyyatı ilə 17,0 milyon ton yük daşınıb, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 25,8 faiz artım qeydə alınıb.

Orta hesabla sutkada 376 vaqon yüklənmiş, 398 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,9 min ton, Qərb istiqaməti üzrə 3,7 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti