...

Milli Məclisdə əməyin mühafizəsi ilə bağlı dinləmlər keçirilə bilər

İqtisadiyyat Materials 23 Yanvar 2023 11:24 (UTC +04:00)
Milli Məclisdə əməyin mühafizəsi ilə bağlı dinləmlər keçirilə bilər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə əməyin mühafizəsi ilə bağlı dinləmlər keçirilə bilər.

Trend-in məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib ki, əməyin mühafizəsi və əmək münasibətləri məsələləri komitənin əsas hədəfləri arasındadır:

"Buna da ciddi fikir verməliyik", - M.Quliyev əlavə edib.

O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə yoxlamalar müəyyən müddətə dayandırılıb, bu da sahibkarlığın inkişafı ilə əlaqəlidir.

“Lakin bizə müəyyən şikayət ərizələri və müraciətlər daxil olur ki, işçilərin əmək hüququnun qorunması, o cümlədən əməyin mühafizəsi, təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarətlər, ölüm halları baş verir. Bunların araşdırılması, lazım gələrsə, qanunvericiliyə müvafiq dəyişikliklərin təklif olunması məqsədilə dinləmələrin keçirilməsi faydalı olar”, - M.Quliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti