...

İFC ilə enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

İqtisadiyyat Materials 27 Yanvar 2023 16:38 (UTC +04:00)
İFC ilə enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşehin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə IFC ilə enerji sahəsində həyata keçirilən birgə layihələr qarşılıqlı münasibətlərin uğurlu inkişafının nümunəsi kimi qeyd edilib. Ölkəmizin iqtisadi inkişafında enerji sektorunun rolundan bəhs edilib, ənənəvi energetika və “yaşıl enerji” sahələrində görülən işlər, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib. Enerji sahəsinə özəl sektorun cəlbinin sürətləndirilməsi və İFC ilə bu istiqamətdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

IFC-nin dəstəyi ilə hazırlanmış Dənizdə külək enerjisi üzrə Yol Xəritəsindən bəhs edilib, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisindən istifadə potensialının təhlili, bununla əlaqədar texniki, iqtisadi, o cümlədən ixrac məsələləri müzakirə olunub. IFC-nin Azərbaycanda dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsində maraqlı olduğu, həmçinin digər bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə cəlb olunmasının mümkünlüyü qeyd edilib.

Söhbət zamanı Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş, enerji keçidi, hidrogen enerjisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti