...

Vergi ödəyicilərinə 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub

İqtisadiyyat Materials 1 Fevral 2023 07:07 (UTC +04:00)
Vergi ödəyicilərinə 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub

Bakı. Trend:

2022-ci il ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 170 vergiödəyicisində 317 nəzarət tədbiri keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 413 nöqsan aşkar edilib.

Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergiödəyicilərinə ümumilikdə 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində 2,4 milyon manat vəsait dövlət büdcəsinə ödətdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti