...

Kadri Simson 2022-ci ildə qaz tədarükünü artırdığına görə Azərbaycana təşəkkür edib

İqtisadiyyat Materials 3 Fevral 2023 18:35 (UTC +04:00)
Kadri Simson 2022-ci ildə qaz tədarükünü artırdığına görə Azərbaycana təşəkkür edib
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mən təbii qazın tədarükünü 40 faiz artırdığına görə Azərbaycan hökumətinə minnətdaram.

Trend xəbər verir ki, bunu cümə günü Avropa İttifaqının enerji komissarı Kadri Simson Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından qeyri-sabit olub.

"Lakin biz toplaşdıq, yollar axtarmağa başladıq və Azərbaycan bu məsələdə bizə çox kömək etdi. Mən Azərbaycan hökumətinə minnətdaram ki, təklifi 40 faiz artırdı. Təbii ki, başa düşürük ki, bütün bu işlər vaxt aparır, lakin Azərbaycan bu işləri tez həll etdi”, o əlavə edib.

Qeyd edək ki, bu gün Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına həsr olunmuş tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunub.

Xəbər lenti

Xəbər lenti