...

Naxçıvanda vergi daxilolmaları 57 faiz artıb

İqtisadiyyat Materials 2 Mart 2023 12:34 (UTC +04:00)

Bakı. Trend:

Fevral ayında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 57 faiz artıb.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xəttilə 2023-ü ilin yanvar-fevral aylarında büdcəyə 22,4 milyon manat vergi daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 23,9 faiz artıb. Proqnoz 116,7 faiz səviyyəsində icra olunub.

2023-cü ilin fevral ayında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz və ya 4,5 milyon manat artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti