...

Qələbədən sonra nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açılıb - Baş nazir

İqtisadiyyat Materials 17 Mart 2023 11:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açılıb.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində lazımi infrastrukturun yaradılması ilə bağlı işləri sürətlə davam etdirir.

O qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər 38%, Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolu üzrə isə 74% yerinə yetirilmişdir (hər iki yolun tikintisi 2024-cü ildə başa çatacaq).

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Xəbər lenti

Xəbər lenti