...

Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

İqtisadiyyat Materials 29 Mart 2023 11:53 (UTC +04:00)
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

Bakı. Trend:

Martın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu.

Dövlət başçılarının tapşırıqlarının icrası məqsədilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə BirgəHökumətlərarası Komissiya çərçivəsində həyata keçirilən işlərin gedişi barədə fikir mübadiləsi aparıldı.

Eyni zamanda Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri müzakirə edildi.

F.Oktay Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər və bərpa-quruculuq tədbirləri barədə məlumat verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti