...

Dünya Bankı Azərbaycana Orta Dəhliz çərçivəsində potensialın inkişafında yardım etməyi planlaşdırır - Sara Maykl

İqtisadiyyat Materials 29 Mart 2023 18:54 (UTC +04:00)
Dünya Bankı Azərbaycana Orta Dəhliz çərçivəsində potensialın inkişafında yardım etməyi planlaşdırır - Sara Maykl
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı (DB) Azərbaycanda layihələrə yardım kontekstində digər məsələlərlə yanaşı, Çindən Avropaya yükdaşımaları həyata keçirməyə imkan verən Orta Dəhlizin inkişaf perspektivlərini nəzərdən keçirir.

Bu barədə Trend-ə bu gün Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl deyib.

"Ölkədə aktiv inkişaf gedir, bu səbəbdən Dünya Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi proqramların tələb olunan və aktual sahələri əhatə etdiyindən əmin olmaq istəyirik", - deyən DB nümayəndəsi bu cür sahələrdən birinin Orta Dəhlizin inkişafı olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda DB Azərbaycanda növbəti proqramlar tsiklini tamamlayıb və bununla əlaqədar olaraq hökumət və Dünya Bankı yeni yardım sazişini müzakirə etməkdədir. Yeni saziş çox güman ki, Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə sıx əlaqədar olacaq.

Yeni proqramın, həmçinin bərpa olunan enerji mənbələri sahəsi, o cümlədən, "yaşıl" enejiyə keçidlə əlaqədar olacağı gözlənilir.

Bankın nümayəndəsinin sözlərinə görə, Dünya Bankı yeni proqramlar tsiklinin Azərbaycanda insan potensialının inkişafına imkan yaradacağına, habelə, təhsil, səhiyyə və sosial xidmətlər sahələri ilə əlaqədar olacağına inanır.

Sara Maykl, həmçinin, Dünya Bankının Azərbaycan hökumətinə aktual əməkdaşlıq istiqamətlərində texniki yardım göstərməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Hazırda Orta Dəhliz Avropaya ən qısa və ən qənaətli marşrut təklif edir.

Xəbər lenti

Xəbər lenti