...

Veysəloğlu Şirkətlər Qrupunda “İlin layihəsi” nominasiya üzrə qaliblər seçilib (FOTO)

İqtisadiyyat Materials 30 Mart 2023 14:20 (UTC +04:00)
Veysəloğlu Şirkətlər Qrupunda “İlin layihəsi” nominasiya üzrə qaliblər seçilib (FOTO)

Bakı. Trend:

Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri baş tutub.

Şirkətlər Qrupuna daxil olan 12 şirkəti təmsil edən 400 liderin iştirakı ilə keçirilən toplantıda il ərzində görülən işlərin nəticələri müzakirə edilib, şirkətin növbəti illər üçün hədəfi və vizyonu elan edilib.

Biznesin müxtəlif sahələri üzrə yeni çağırışların inkişafını dəstəkləyib biznes fəaliyyətində tətbiq edən Veysəloğlu Şirkətlər Qrupu son dövrlər müxtəlif layihələri ilə ölkə iqtisadiyyatı və cəmiyyət üçün dəyər yaratmağa davam edir.

Tədbirdə müxtəlif nominasiyaları üzrə illik dəyərləndirmə və mükafatlandırılma mərasimi təşkil edilib.

Eyni zamanda“SAP BW-da Maliyyə Hesabatlılığı sisteminin qurulması”, “EncorePOS və CRM Sisteminin Tətbiqi”, “Fəhlədən İnkişaf Layihəsi (FİL)”, tanınmış “Pepco”“Rossmann “ brendlərinin Azərbaycana gətirilməsi kimi təşəbbüslər “İlin layihəsi” nominasiyası üzrə təltif olunub.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti