...

2022-ci ildə AZAL-ın bütün uçuş marşrutları gəlirli olub - Ruslan Əlixanov (YENİLƏNİB)

İqtisadiyyat Materials 6 Aprel 2023 14:01 (UTC +04:00)
2022-ci ildə AZAL-ın bütün uçuş marşrutları gəlirli olub - Ruslan Əlixanov (YENİLƏNİB)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə AZAL-ın uçuş marşrutları gəlirli olub.

Trend cümə axşamı xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Holdinqinin icraçı direktoru Ruslan Əlixanov bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Airbus" şirkəti arasında təyyarələrin satın alınması üzrə müqavilənin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, yeni təyyarələrin alınması AZAL-ın uçuş coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək.

"2022-ci ildə sərnişindaşıma ikiqat artaraq 2,2 milyon nəfərə çatıb. AZAL-ın 2030-cu ilədək dövrü əhatə edən yeni strategiyası artıq təsdiqlənib. Heydər Əliyev Beynəlxalq Hava Limanının əlverişli mövqeyini nəzərə alaraq, AZAL ötən il demək olar ki, bütün Aİ ölkələrinə beynəlxalq reyslər həyata keçirib. Bu işlərin gələcək sabitliyi üçün yeni istiqamətlərlə əlaqədar fəaliyyət həyata keçirilir", - o deyib.

Əlixanov AZAL-ın yeni strategiyasının qarşısında duran əsas vəzifənin aviaşirkətin parkının optimallaşdırılması olduğunu qeyd edib.

"2022-ci ildə biz üç yeni hava gəmisi satın aldıq, bu gün daha 12 hava laynerinin satın alınması üzrə müqavilə imzaladıq və bu işlər gələcəkdə də davam etdiriləcək", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti