Bakı. Trend:
Ağdam Sənaye Parkında ayaqqabı istehsalı müəssisəsi yaradılacaq.
Trend-in məlumatına görə, bu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
Nazirin sözlərinə görə, Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb.
"Sənaye parkında yeni rezident BAFCO İnvest MMC tərəfindən investisiya həcmi 10 mln. manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradılacaq və 120 nəfər işlə təmin ediləcək", - M.Cabbarov bildirib.