...

Yanvar-mart aylarında Maltadan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb

İqtisadiyyat Materials 13 Aprel 2023 17:11 (UTC +04:00)
Yanvar-mart aylarında Maltadan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2023-cü ilin yanvar-mart aylarında Maltadan Türk limanlarına 1 milyon 98 min 971 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Maltadan limanlara 28 min 308 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 667 min 986 ton yük çatdırıb.

Bu müddət ərzində Malta bayraqlı gəmilərlə Türkiyə limanlarına 402 min 677 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarına Maltadan 34 min 473 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyə limanları 31 milyon 918 min 316 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 314 min 457 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 603 min 859 ton olub.

Bununla yanaşı, 2023-cü ilin mart ayında Türkiyə limanlarından 6 milyon 158 min 839 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 91 milyon 557 min 143 ton yük qəbul edib.

2023-cü ilin yanvar-mart aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 6 milyon 474 min 522 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 85 milyon 82 min 621 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 18 milyon 304 min 620 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti