...

Ankara-Sivas yüksək sürətli qatar xəttinin istifadəyə verilmə vaxtı açıqlanıb

İqtisadiyyat Materials 20 Aprel 2023 14:53 (UTC +04:00)
Ankara-Sivas yüksək sürətli qatar xəttinin istifadəyə verilmə vaxtı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Türkiyənin Meqa Layihələri” arasında yer alan Ankara-Sivas Yüksək Sürətli qatar xəttində işlər başa çatıb.

TurkicWorld-un məlumatına görə, aprelin 26-da keçiriləcək açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda ilk səfəri edəcək. Ankara-Sivas Yüksək Sürətli qatar saatda 250 km sürətlə hərəkət edəcək və marşrut boyunca cəmi 8 dayanacaqdan ibarət olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aprelin 26-da istifadəyə veriləcək Ankara-Sivas Yüksək Sürətli Qatar Xətti, səyahət vaxtını azaltdığı kimi, Ankara ilə Sivas arasındakı məsafəni 603 kilometrdən 405 kilometrə endirəcək.

Elmadağ, Kırıkkale, Yerköy, Yozgat, Sorgun, Akdağmadeni, Yıldızeli və Sivas da daxil olmaqla marşrut boyunca 8 dayanacağı olan yüksək sürətli qatar xəttinin ümumi dəyərinin 10 milyard lirə olduğu söylənilib. Sürətli qatar xəttinin şəhərə təhsil, turizm və sənaye sahələrində əlavə dəyər qazandırması hədəflənir.

Qeyd edək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.

Məlumat üçün bildirək ki, Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti