...

Azərbaycanın ÜDM-də özəl sektorun payına 80%-dən çox düşür - Məmməd Musayev

İqtisadiyyat Materials 25 Aprel 2023 16:45 (UTC +04:00)
Azərbaycanın ÜDM-də özəl sektorun payına 80%-dən çox düşür - Məmməd Musayev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ÜDM-də özəl sektorun payına 80% faizdən çox düşür.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, rəsmi məşğulluq əhəmiyyətli dərəcədə artıb, yeni iş yerləri açılır.

"Azərbaycanda əmək münasibətlərinin 70 faizdən çoxu kiçik və orta biznes subyektlərinin payına düşür. Həmçinin KOB iştirakçıları tərəfindən açılan yeni iş yerlərinin sayında fəal artım müşahidə edirik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti