Bakı. Trend:
Yelo Bank hər il ADA-da keçirilən “Karyera Həftəsi”ndə iştirak
edib. Bu tədbir tələbə və məzunlara aparıcı şirkətlərin
nümayəndələri ilə görüşmək, əmək bazarı ilə tanış olmaq, karyera və
təcrübə fürsətləri haqqında öyrənmək üçün unikal imkan yaradır.
Tədbir zamanı Yelo Bank nümayəndələri tərəfindən iştirakçılara
uğurlu karyera qurmağa kömək edəcək seminarlar və vörkşoplar
keçirildi. Seminarlar iş mühitində emosional zəkanın rolu,
müsahibə, iş etikası bacarıqlarının inkişafı, uğurlu sahibkarın
keyfiyyətləri və şəxsi brend kimi olduqca aktual mövzuları əhatə
edirdi.
Qeyd edək ki, Yelo Bank gənclərə dəstək naminə bir çox
universitetlərlə aktiv əməkdaşlıq edir. Tələbələrə gələcək
karyeraları üçün faydalı biliklər qazandırmaq, onların
bacarıqlarını inkişaf etdirmək və real iş təcrübəsi qazandırmaq
Bankın əsas sosial missiyalarından biridir. Qarşıda Yelo Bank-ın
ənənəvi yay təcrübə proqramının başlaması, “Walk and Talk” səyyar
mentorluq layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bankda
vakansiya ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin
və ya Facebook,
Instagram və ya
Whatsapp hesablarımıza
yazın.
Yelo Bank – Parlaq bankçılıq!