...

Azərbaycan Litva ilə birgə investor qismində işləməyə hazırdır - Mikayıl Cabbarov (YENİLƏNİB)

İqtisadiyyat Materials 22 May 2023 16:51 (UTC +04:00)
Azərbaycan Litva ilə birgə investor qismində işləməyə hazırdır - Mikayıl Cabbarov (YENİLƏNİB)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vilnüs. Trend:

Litva ilə birgə investor qismində işləməyə hazırıq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Vilnüsdə keçirilən Azəbaycan-Litva biznes-forumunda deyib.

"Azərbaycanla Litva arasında bir sıra saziş mövcuddur. Biz Azərbaycanda iqtisadiyyatın və ixracın diversifikasiyasını hədəfləyirik. Son 4 il ərzində qeyri-neft ixracını ikiqat artırmışıq", - o deyib.

O son dörd il ərzində özəl qeyri-neft sektorunda iş yerlərinin sayının 7 faiz artdığını qeyd edib.

"Azərbaycanda müştərilər üçün avadanlıq idxalına sıfır vergi faizinin qoyulması üzrə çox cəlbedici tədbirlər toplusu mövcuddur. Həmçinin sənaye proqramı üzrə fəaliyyət göstərən şirkətlər üçün 10 il müddətinə vergi faizləri azaldılır. Burada bizim üçün prioritet sənaye sektoru, həmçinin nəqliyyatdır. "Yaşıl" enerjiyə keçid Azərbaycan iqtisadiyyatına çox müsbət təsir göstərir, çünki biz ənənəvi neft-qaz ixracına əlavə olaraq həm də bərpa olunan enerji mənbələrinin ixracı üzərində çalışırıq", - deyə M.Cabbarov əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti