...

SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində uğurla təmsil olunur (FOTO)

İqtisadiyyat Materials 1 İyun 2023 15:18 (UTC +04:00)
SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində uğurla təmsil olunur (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakı Enerji Həftəsində baş tərəfdaş olaraq iştirak edir.

SOCAR-dan Trend-ə verilən məlumata görə, 31 may 2023-cü il tarixində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimi baş tutub. Sərgidə iştirak edən SOCAR-ın Apstrim, Midstrim və Daunstrim istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumatlar təqdim olunur.

Bakı Expo Mərkəzində təşkil olunan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin girişində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi nümayiş olunur.

“Yaşıl enerji” layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpaolunan enerji mənbələri üzrə pilot layihələri, habelə 2022-ci il ərzində rekultivasiya edilmiş ərazilər, şirkətin karbon emissiyasının azaldılması istiqamətlərində gördüyü işlər barədə informasiyalar təqdim olunur.

Stenddə, həmçinin SOCAR-ın elmi-tədqiqat, rəqəmsallaşma istiqamətlərindəki fəaliyyəti, aldığı mükafatlar, nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti