...

UNEC ilə Ege Universiteti ikili diplom proqramına başladı (FOTO)

İqtisadiyyat Materials 1 İyun 2023 16:31 (UTC +04:00)
UNEC ilə Ege Universiteti ikili diplom proqramına başladı (FOTO)

Bakı. Trend:

Türkiyənin Ege Universitetinin rektoru professor Necdet Budağın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərləri ilə keçirilən görüşdə hər iki universitet arasında ikili diplom proqramı ilə bağlı hazırlıq vəziyyəti müzakirə olunub. Eyni zamanda yeni əməkdaşlıq istiqamətlərinə dair razılıq əldə edilib.

Qeyd edək ki, yeni tədris ilindən UNEC ilə Türkiyənin Ege Universiteti "Qida mühəndisliyi" ixtisası üzrə ikili diplom proqramına başlayacaq.

Proqrama qəbul olan tələbələr I və IV kursu UNEC-də, II və III kursu isə Ege Universitetində oxuyacaqlar. Proqramı uğurla bitirən tələbələr məzun olduqda hər iki universitetin diplomunu qazanacaqlar.

Proqram həm UNEC-in, həm də Ege Universitetinin “Qida mühəndisliyi” ixtisasında təhsil almaq istəyən abituriyentlər üçün nəzərdə tutulub. Azərbaycan vətəndaşı olan abituriyentlər proqramda iştirak edə bilmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlardan müvafiq bal topladıqdan sonra, ixtisas seçimi zamanı ““Qida mühəndisliyi” ixtisası Ege Universiteti ilə birgə proqram”ın ixtisas kodunu qeyd etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti