Bakı. Trend:
Dünya bazarında neft qiymətləri cüzi azalıb.
Trend xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,66% ucuzlaşaraq, 1 bareli 89,33 ABŞ dollarına satılıb.
WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,78% azalıb və 1 bareli 86,19 ABŞ dolları təşkil edib.