...

“Bank Respublika” aztəminatlı ailələrə dəstəyini davam etdirir

İqtisadiyyat Materials 11 Sentyabr 2023 09:43 (UTC +04:00)
“Bank Respublika” aztəminatlı ailələrə dəstəyini davam etdirir

Bakı. Trend:

Ölkəmizin aparıcı banklarından biri olan "Bank Respublika" aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara dəstək olmağa davam edir.

Bankın əməkdaşları ötən həftə Göyçay rayonunda sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrlə görüşərək, onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, bank heyvandarlıq təsərrüfatının qurulması üçün onları mal-qara və yem ilə təmin edərək, sahibkarlığa başlamalarına təkan verib.

Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində "Bank Respublika" indiyədək paytaxt Bakı ilə yanaşı, ölkənin əksər regionlarında 100-dən çox işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.

Bu tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum çərçivəsində həyata keçirilir.

Bankdan verilən məlumata əsasən, özünüməşğulluq proqramı çərçivəsində tədbirlər ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də "Facebook", "Instagram", "Linkedin", "Telegram" səhifələrində və ya bankın Çağrı Mərkəzinə - 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti