...

Bu il avtomobillərin idxalı çox artıb

İqtisadiyyat Materials 15 Sentyabr 2023 15:19 (UTC +04:00)
Bu il avtomobillərin idxalı çox artıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana, ümumilikdə 65 726 ədəd avtomobil idxal olunub.

Trend Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16 481 ədəd avtomobil və ya 33,5% artıb.

Ölkəyə gətirilən avtomobillərin 81 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 60 922 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 483 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 240 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti