Bakı. Trend:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in real ifadədə 1,9% artaraq 119,6 milyard manat təşkil edəcək.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Sənəddə qeyd edilir ki, qeyri- neft/qaz ÜDM-in real ifadədə 4% artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3% azalacağı gözlənilir.
Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5% intervalında olacağı gözlənilir.