Bakı. Trend:
Ar-Ge (tədqiqat və inkişaf) ofisləri Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığı sürətləndirəcək.
Trend-in TurkicWorld-a istinadən xəbərinə görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "X" sosial media hesabında açıqlama verib.
"Keçən il Bakıda texnopark yaradacağımızı bildirmişdik. Bu il Bakıya səfərimiz zamanı Azərbaycan Texniki Universiteti kampusunda "Bilişim Vadisi"nin Ar-Ge ofislərini açmaq şansımız oldu. Hazırda 20 şirkətin yerləşdiyi “Bilişim Vadisi Bakı” şəhərciyi Türkiyə ilə Azərbaycan arasında Ar-Ge və innovasiya sahələrində əməkdaşlığı sürətləndirəcək”, - deyə o paylaşımında qeyd edib.