Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,4 mlrd. ABŞ dollarından çox olub.
Trend-in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə, bu ilin ilk doqquz ayında Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının dəyəri 2 434,32 mln. ABŞ dolları təşkil edib.
Bildirilib ki, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 10,6% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq, 3 047,67 mln. ABŞ dollarına bəarəbər olub.