Bakı. Trend:
Keçən ilin dekabr ayında The Ritz-Carlton, Baku-nun açılışından sonra PAŞA Development Bakıda ilk brend rezidensiya - Marriott International, Inc.-in portfelinə daxil olan The Ritz-Carlton Residences, Baku-nu təqdim edir.
The Ritz-Carlton Residences, Baku-da yerləşən eleqant mənzillər və penthauslar artıq satışdadır. Rezidensiyalar sahiblərinə The Ritz-Carlton-un əfsanəvi xidməti və daima yüksəklikdə həyat tərzini vəd edir. https://youtu.be/oshaFzRy25k
Bakının daim hərəkətli Nəsimi rayonunda yerləşən The Residences eleqant həyat tərzi ilə dinamik şəhər həyatını mükəmməl birləşdirir. Heyrətamiz yelkənvari memarlığı ilə 31 mərtəbəli bu bina müasir dizaynın möhtəşəm nümunəsidir. Tarixi Şərq bazarı və qədim İçərişəhər, eləcə də müasir Port Baku sözün əsl mənasında bir addımlığınızdadır.
The Residences, The Ritz-Carlton əfsanəvi brendinin təməlində yatan zəriflik hissi və detallara qüsursuz diqqət təqdim edir. Məhdud sayda olan bir, iki, üç və ya dörd yataq otaqlı 79 mənzil və penthaus əldə etmək mümkündür. Dəniz və ya şəhər mənzərələrinə malik rezidensiyalar sahiblərinə dəbdəbəli yaşayış tərzi vəd edən unikal dizayna məxsusdur.
Mənzillərin əksəriyyəti dizayna hazır vəziyyətdə təklif olunur, lakin The Ritz-Carlton təcrübəsindən tam faydalanmaq istəyənlər məşhur Kristina Zanić Consultants studiyasının yaratdığı heyrətamiz konsepsiyalardan yararlanmaq imkanına sahibdir. Studiyanın yaratdığı tərz yerli sənətkarlığın fərqli çalarlarını və naxışlarını təsvir edərək, təbii fona canlı rənglər əlavə etməklə, şəhərin multikultural irsini əks etdirir.
Zərif mərmər, ağac və dəri materialları, ağ, açıq bej, neytral və qəhvəyi rənglərdən ibarət interyer palitrası tonlarında istifadə edilmişdir. Bütün bunlar The Residences-in qonaqpərvərlik ab-havasını, dəbdəbəni və heyrətamiz mənzərələrini özündə əks etdirir.
Evinizdən birbaşa The Ritz-Carlton otelinə çıxış imkanı ilə siz həm də bir sıra xidmətlərə imtiyazlı giriş əldə edirsiniz.
Əylənmək və ya mühitdən feyzyab olmaq istəyənləri bütün gün işləyən restoran, müasir “speakeasy” bar və Residents Lounge gözləyir (gələcəkdə panoramik şəhər mənzərəsinə sahib, gözəl terrası olan “rooftop” bar və restoran sizin istifadənizdə olacaq). Dünya standartlarında görüş, tədbir məkanları və The Ritz-Carlton Club Lounge sizə eyni zamanda həm işləmək, həm də əylənmək imkanı verir. 7/24 Fitnes Mərkəzi, iki qapalı hovuz və sauna, buxar otağı və türk hamamı olan Ritz-Carlton imzalı Spa özünüzü yaxşı hiss etmək üçün ehtiyacınız olan hər cür şəraiti yaradır.
Siz hər gün səbirsizliklə beşulduzlu şəraitə və əfsanəvi Ritz-Carlton xidmətinə malik evinizə qayıtmağa tələsəcəksiniz. Hər bir istək və arzunuz bir çox inklüziv və ya əlavə ödənişli xidmətlər vasitəsilə gerçəkləşir
Konsyerj xidməti və mənzildaxili xidmətlərdən tutmuş, xüsusi yaşayış idarəsi komandasına qədər bir çox xidmət mövcuddur. Rezidensiya sahibi olaraq, siz misilsiz diqqət, oteldə eksklüziv təkliflər, həmçinin dünyanın ən yaxşı ünvanlarında, o cümlədən The Ritz-Carlton, Edition, St. Regis, W, The Luxury Collection və JW Marriott otelləri daxil olmaqla, xüsusi imtiyazlar əldə edirsiniz.
The Residences PAŞA Development portfelinin bir hissəsidir. 2012-ci ildə PAŞA Holdinq MMC-nin törəmə müəssisəsi kimi yaradılmış şirkətin portfelinə Bakının bir çox ən məşhur gələcək ünvanları (məsələn, Crescent Bay), Monteneqrodakı ultra-lüks Portonovi kurortu və nüfuzlu Port Baku Towers daxildir.
Rezidensiya sahibi kimi siz PAŞA Holdinq qrupun portfelinə daxil olan müxtəlif məkanlarda özəl imtiyazlar təklif edən PAŞA Elit Klubuna üzv olma imkanını təmin edəcəksiniz.
The Ritz-Carlton Residences, Baku, unikal mənzilləri, sonsuz komfortu və The Ritz-Carlton imzalı xidmətləri ilə şəhərdəki bütün digər dəbdəbəli yaşayış məkanlarını üstələyir. Bakının müasir memarlıq ikonalarından birində yerləşən The Residences bənzərsizlik və xoş həyəcanın balanslaşdırıldığı həyat tərzi vəd edir.
Eleqant həyat tərzindən həzz almaq arzusunda olanlar 680 000 AZN-dən başlayan qiymətlərlə mənzil sahibi ola bilərlər. Fərdi uyğunlaşdırılmış ödəmə planından yararlanmaq istəyənlər ilkin ödəniş 30% olmaqla, qalıq məbləği 36 ay müddətinə faizsiz olaraq ödəyə bilərlər.
Satış komandasının nümayəndəsi ilə danışmaq, konsultasiya təşkil etmək üçün *1118 saylı nömrə ilə əlaqə saxlayın və ya [email protected] email ünvanına yazılı müraciət edin. Əlavə məlumat almaq üçün rcresidencesbaku.com saytına daxil olun.
Qeyd: The Ritz-Carlton Residences, Baku The Ritz-Carlton Hotel Company, L.L.C və ya ona bağlı şirkətlərə (“Ritz-Carlton”) məxsus deyil, həmin şirkətlər tərəfində dəyişdirilmir və ya satılmır. Yelken Operating Company MMC Ritz-Carlton lisenziyasına əsasən The Ritz-Carlton markalarından istifadə edir, lakin bu lisenziya burada qeyd edilən hər hansı bir bəyanatın və ya təsvirin doğruluğunu təsdiqləmir.