...

Siqaretlərdə heç bir qiymət artımı baş verməyib - Şirkət (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 2 Noyabr 2023 17:28 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkənin qabaqcıl tütün məmulatları istehsalçısı olan Tabaterra QSC-də tütün məmulatlarının istehsalı və təminatı ilə bağlı hər hansı bir problem yoxdur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Tabaterra QSC"-dən məlumat verilib.

"Qeyd edirik ki, ictimaiyyətdə qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhsullarda heç bir qiymət artımı baş verməmişdir", - deyə məlumatda qeyd olunub.

XXX
Saat: 12.32

Hazırkı dövrdə siqaret qiymətlərinin bahalaşması gözlənilmir.

Trend-in əldə etdiyi məlumata görə, uzun müddətdir ki, topdan siqaret satışı nağdsız formada aparılır. Hazırda satışın dayanmasının səsəbi isə onlayn sistemdəki proqram yenilənməsilə əlaqədardır.

Sabahdan etibarən isə topdan siqaret satışı tam bərpa olunacaq.

XXX
Saat: 09.33

Bir neçə gündür ki, mağazalarda siqaret qıtlığı yaşanır.

Bu barədə Trend-ə satıcılar bildirib.

Onların bildirdiyinə görə, hər bazar ertəsi günü mal gətirən firmalar bu həftə gəlib çıxmayıb.

"Firmalar məhsul vermir. Siqaretin topdansatış yerlərində isə bəzi siqaretlərin bir blokunda bir manat bahalaşma var. Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiymətləri dəyişəcəyindən müvəqqəti problem yaşanır", - deyə bildiriblər.

Qeyd edək ki, sonuncu dəfə avqust ayında markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşmışdı.

Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsinə əsasən, Vergi Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur. Dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti