...

İlin sonuna inflyasiyanın bir rəqəmli olması gözlənilir - Nazir

İqtisadiyyat Materials 6 Noyabr 2023 14:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ildə inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ilin sonuna inflyasiyanın bir rəqəmli olması gözlənilir.

“Gələn il isə cari ilin nəticələri ilə müqayisədə inflyasiyanın yarıbayarı olması gözlənilir. Burda təxminən söhbət 5,3 %-lik inflyasiyadan gedir. Azərbaycanda inflyasiyanı yaradan faktorların böyük hissəsi xarici faktorlar idi. Hazırda xarici faktorlarda dəyişikliklər baş verir. O baxımdan idxal inflyasiyanın da enməsi nəticəsində bizdə bu proseslər artıq sabitləşəcək. Dövlət bu təsirlərin yumşaldılması istiqamətində, xüsusən də sosial sahədə bir sıra addım atıb”, - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti