Bakı. Trend:
Qazaxıstan Azərbaycan və Özbəkistanla Avropaya yaşıl enerji ixracı layihəsinin yaradılmasına dair saziş imzalayıb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Qazaxıstan Energetika Nazirliyindən bildirilib.
Məlumata əsasən, üç ölkənin energetika və iqtisadiyyat nazirləri Bakıda Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinə həsr olunmuş iclasda texniki şərtlərin hazırlanması və ekoloji təmiz enerjinin ixracı üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.
İclas iştirakçıları bərpa olunan enerji mənbələrinin önəmini vurğulayaraq, enerji mübadiləsi sahəsində əməkdaşlıq üçün texniki tapşırıqların hazırlanması üçün birgə işçi qrupu yaradacaqlar. İşçi qrupu yaşıl hidrogen və yaşıl ammonyakın işlənməsi və ixracı imkanlarını araşdırmaq, lazımi infrastrukturu yaratmaq üçün təyin olunacaq.
Nazirlər təsdiq edilmiş texniki şərtlər əsasında ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün tenderin Onlar həmçinin layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini araşdıracaqlar.
Nazirlərin növbəti görüşü Özbəkistanın Daşkənd şəhərində baş tutacaq.