...

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlandı

İqtisadiyyat Materials 20 Noyabr 2023 17:44 (UTC +04:00)
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 faiz artaraq 9 milyard 87,1 milyon manat olub.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 895,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 895,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 177,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

2023-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 100,0 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 109,1 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti