...

Tikinti materiallarının istehsalına 60 min manat güzəştli kredit verilib

İqtisadiyyat Materials 4 Dekabr 2023 15:37 (UTC +04:00)
Tikinti materiallarının istehsalına 60 min manat güzəştli kredit verilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu "Baku Stone Factory" MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli kredit ayırıb.

Trend xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

"Tikinti materiallarının istehsalının dəstəklənməsi bu sahədə artan tələbatın yerli məhsullar hesabına ödənilməsi baxımından əhəmiyyətlidir", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti