...

Azərbaycanda əmək müqavilələrinin sayı artıb?

İqtisadiyyat Materials 8 Dekabr 2023 16:06 (UTC +04:00)
Azərbaycanda əmək müqavilələrinin sayı artıb?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il dekabrın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 805 mini keçib.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi xəbərə görə, 5 ilə yaxın müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

"5 ilə yaxın müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsində əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 403,4 min vahid artıb. O cümlədən, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 355,1 min artaraq 895 minə çatıb", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti