...

Vergi orqanlarına şikayətlər azalıb

İqtisadiyyat Materials 23 Yanvar 2024 16:25 (UTC +04:00)
Vergi orqanlarına şikayətlər azalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanda vergi orqanlarına 337 285 müraciət daxil olub ki, bunun 93 %-i ərizə, qalan hissəsi təklif və şikayət olub.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, müraciətlərin 98,6 %-nin baxılması il ərzində başa çatdırılıb. Baxılmış müraciətlərdən 64,8 %-i həll olunub, qalanları barədə qanunamüvafiq izahatlar verilib.

Daxil olmuş şikayətlərin faktiki sayı əvvəlki illə müqayisədə 11,9 % azalıb. Həll edilmiş şikayətlərin əksəriyyəri kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, maliyyə sanksiyasının silinməsi, vergi mükəlləfiyyəti növləri, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri və digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 736, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 69 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti