...

Bitcoin-in qiyməti 45 min dolları keçib

İqtisadiyyat Materials 9 Fevral 2024 02:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal bazarlarda spot Bitcoin birja fondlarına (ETF) marağın davam etməsi nəticəsində Bitcoin kriptovalyutasının qiyməti 45 000 dollardan yuxarı satılır.

Trend xəbər verir ki, bu barədə "Coinmarketcap" analiz şirkəti məlumat yayıb.

Məlumata görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 4,6 faiz artaraq 1 trilyon 703 milyard dolları keçib.

Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti spot Bitcoin ETF-lərə investisiyalar 9 gündür artmağa davam etdiyi üçün son 24 saatda 5 faizdən çox dəyər qazanıb.

Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici monetar siyasətə keçəcəyi ilə bağlı gözləntilər də Bitcoin-in artımını dəstəkləyir.

Bitcoin 2023-cü ilin oktyabr ayından bəri 70 faizdən çox dəyər qazanıb, lakin 2021-ci ilin noyabrında 68 990 dollar olan rekord səviyyəsindən hələ də uzaqdır. Bitcoin-in qiyməti keçən il təxminən 157 faiz artıb.

Analitiklər qeyd edirlər ki, kriptovalyutanın qiymətindəki yüksəliş sürəti aprel ayında baş verəcək yarılanma prosesi və yeni Bitcoin tədarükünü azaldacaq şəkildə davam edə bilər.

Bazar dəyərinə görə ikinci yerdə olan Ethereum, son 24 saatda yüzdə 2,7 dəyər qazanaraq 2 min 441 dollara çatıb. Ethereum da 2021-ci ildə 4 min dolları keçərək rekord qırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti