...

Naxçıvanda nəqliyyat sektorunda yük daşımaları artdı

İqtisadiyyat Materials 4 Mart 2024 15:24 (UTC +04:00)
Naxçıvanda nəqliyyat sektorunda yük daşımaları artdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının nəqliyyat sektorunda yük daşınması 487 min ton olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.

Trend bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər veriur..

Məlumata görə, 2024-cü ilin yanvar ayında 8 milyon 713 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə bu 0,4 faiz çoxdur.

"Həmçinin, yanvar ayında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 101 milyon 220 min 300 manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur", - məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti