...

Ağdamda ortopedik matras və yumşaq mebellərin istehsalı yaradılır

İqtisadiyyat Materials 15 Mart 2024 14:44 (UTC +04:00)
Ağdamda ortopedik matras və yumşaq mebellərin istehsalı yaradılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam Sənaye Parkında investisiya dəyəri 2,3 milyon manat olan ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı "Komfy" MMC-yə sənaye parkının rezidenti statusu verilib: “Müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da Ağdam Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti