...

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

İqtisadiyyat Materials 27 Mart 2024 14:36 (UTC +04:00)
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müstəqil Dövlətlər birliyinin (MDB) İqtisadi Şurasının növbəti 101-ci iclası martın 29-da Moskvada keçiriləcək.

Trend MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasa MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edəcək.

Nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər. Gündəliyə, xüsusən, kimya sənayesində əməkdaşlığın inkişafı, məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə 2023-cü il MDB mükafatının verilməsi, qarşılıqlı ticarətdə maneələr, azad ticarət zonası və sair məsələlər üzrə danışıqların başlanmasının mümkünlüyü kimi məsələlər daxildir.

Tədbir iştirakçıları, həmçinin, Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Xəbər lenti

Xəbər lenti