...

Neft Fondunun “Şahdəniz” üzrə I rüb gəlirləri açıqlanıb

İqtisadiyyat Materials 9 Aprel 2024 05:55 (UTC +04:00)
Neft Fondunun “Şahdəniz” üzrə I rüb gəlirləri açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən aprelin 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 78,5 milyon dollar gəlir əldə edib.

Trend Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 dəfə azalıb.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 8,1 dəfə azalaraq 15,7 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti