...

SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb (FOTO)

İqtisadiyyat Materials 15 May 2024 22:59 (UTC +04:00)
SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Rusiya – İslam dünyası: KazanForumu” XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"“Rusiya – İslam dünyası: KazanForumu” XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiyanın Tatarıstan Respublikasının “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov ilə səmərəli görüş keçirdik. Görüş çərçivəsində əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalandı, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı", - Rövşən Nəcəf qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti