...

COP29 iqlim dəyişmələri ilə mübarizədə ən mühüm qlobal hadisələrdən biridir - Macarıstan səfiri

İqtisadiyyat Materials 22 May 2024 11:23 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP29 iqlim dəyişmələri ilə mübarizədə ən mühüm qlobal hadisələrdən biridir.

Trend xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetində keçirilən "İqlim dəyişmələri ilə mübarizənin imkanları və çağırışları. Avropa və regional perspektivlər" mövzusunda beynəlxalq seminarda deyib.

"Noyabr ayında Azərbaycanda iqlim dəyişmələri ilə mübarizədə ən mühüm qlobal hadisələrdən biri olan COP29 konfransı keçiriləcək", - deyə o bildirib.

Onun sözlərinə görə, Macarıstan və Azərbaycan arasında münasibətlər beynəlxalq hörmət və anlayışa əsaslanan geniş çeşidli qarşılıqlı əlaqələrlə səciyyələnir.

Səfir həmçinin Macarıstanla əlaqələrin Avropa və Azərbaycan arasında gələcək və yaxın əməkdaşlığın əsasını təşkil etdiyini qeyd edib.

Qed edək ki, Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti