...

Ötən ilin dövlət büdcəsindən sosial müdafiə üzrə xərclənən vəsait məlum olub

İqtisadiyyat Materials 23 May 2024 11:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat istiqamətinə 4 281 452 049 manat vəsait xərclənib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində qeyd edilib.
Belə ki, sosial müdafiə sahəsinə 474 039 972 manat, sosial təminat sahəsinə 5 672 694 , sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar sahəsinə 15 791 manat, sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə 3 801 723 592 manat xərclənib.

Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 467 770 000 manat təşkil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif edilir.

Xəbər lenti

Xəbər lenti