...

Belarus və Azərbaycan əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmaq barədə razılığa gəlib

İqtisadiyyat Materials 29 May 2024 14:40 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Belarus və Azərbaycan əmtəə dövriyyəsini 2030-cu ilədək 1 milyard dollara çatdırmaq barədə razılığa gəlib.

Trend Belarus KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə istehsal sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib. Belə ki, Azərbaycnda traktorlarla yanaşı, kommunal, yanğın və digər texnika, eləcə də, Belarus liftləri yığılacaq.

"Həmçinin, dərman və baytarlıq preparatlarının birgə istehsalını, eləcə də, Azərbaycan azotu və Belarus kalimundan qarışıq gübrələrin birgə istehsalını planlaşdırmışıq", - baş nazirin müavini deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti