...

PAŞA Bank işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə dəstəyə xüsusi diqqət ayırır

İqtisadiyyat Materials 29 May 2024 15:49 (UTC +04:00)
PAŞA Bank işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə dəstəyə xüsusi diqqət ayırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

PAŞA Bank Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərə dəstəyə xüsusi diqqət yetirir.

Trend xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Strateji dövrdə korporativ-institusional bankçılıq üzrə əldə olunan əsas nailiyyətlərdən danışarkən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərin dəstəklənməsinə yönəlmiş "Qarabağ strategiyası"na xüsusi diqqət ayrılıb. Bundan başqa, bank müştəriləri üçün ilk əmtəə fyuçersləri üzrə müqavilənin imzalanması Azərbaycan tarixində əlamətdar hadisə oldu", - o deyib.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, PAŞA Bankın aktivləri 8,622 milyard manat (2,2 faiz artım), kredit portfeli 2,958 milyard manat (4,7 faiz artım), öhdəlikləri 7,809 milyard manat (35,7 faiz artım), xalis mənfəəti isə 271,551 milyon manat (3,18 dəfə artım) olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti